z

 “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

 “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

25 OKTYABR / 2022 / 16:15

 “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək
Azarkeşlərin rahat və təhlükəsiz daşınması məqsədilə
❗️Sentyabr ayının 15-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə metropolitenin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.
Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edəcək. Azarkeş marağını nəzərə alaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.