z
26 OKTYABR / 2022 / 11:01
2023-cü ildə Bakı metropolitenində daha bir əhəmiyyətli layihə həyata keçiriləcək. Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin birləşdiyi “28 May” stansiyasının elektrik yarımstansiyası yenidən qurulacaq. Modernləşdirmə işlərini dünyada bu sahə üzrə tanınmış “Siemens Smart Infrastructure” (“Siemens SI) şirkəti yerinə yetirəcək.
“Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına uyğun olaraq, şirkət avadanlıqların istehsalına başlayıb.
Daha ətraflı: metro.gov.az
#Bakumetro #Bakımetropoliteni #Bakumetro55 #Bakumetro1967