z
27 OKTYABR / 2022 / 10:18
Nazirliyin “Azərpoçt” qurumu tərəfindən buraxılmış markaların birində Bakı şəhərinin rəmzləri hesab edilən tarixi və müasir tikililərin əhatələdiyi dairə boyunca hərəkət edən metro qatarının qrafik təsviri verilib.
Təsvirin tam mərkəzində “55” rəqəmi həkk olunub. Dairəvi təsvirin aşağı sahəsində “1967-2022” tarixləri və “Bakı Metropoliteni” ifadəsi qeyd olunub.
Markanın konsepsiyasında metropoliten Azərbaycan paytaxtının tarixi-mədəni abidələrini və milli-mədəni irsimizin dəyərlərini özündə ehtiva edən paytaxt rəmzi kimi göstərilib.