z

Bənövşəyi xətdə yeddivaqonlu qatarların hərəkətinin təşkili ilə bağlı işlərə başlanılıb.

Bənövşəyi xətdə yeddivaqonlu qatarların hərəkətinin təşkili ilə bağlı işlərə başlanılıb.

02 NOYABR / 2022 / 10:47

Bakı Metropoliteni” QSC sədrinin imzaladığı 1284 nömrəli əmrə əsasən, xəttin “Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda yeddivaqonlu qatarlar istismara buraxılıb.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Bakı metropoliteninin inkişafı üzrə Sərəncamının icrası ilə genişmiqyaslı fəaliyyətə başlanılıb, müvafiq monitorinqlər, sorğular aparılıb, Bakının əsas inkişaf planı, sərnişin axınının istiqamətləri və bununla bağlı məsələlər hərtərəfli öyrənilib. Nəticədə, 2011-ci ildə dövlət başçısının təsdiq etdiyi Bakı metropoliteninin konseptual inkişaf sxeminə uyğun olaraq, 3 yeni xəttin inşası nəzərdə tutulub. Bakının inkişaf perspektivləri nəzərə alınmaqla, yeni xətlərdə stansiyaların sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanır.