z
02 FEVRAL / 2024 / 14:30
GənclərGünü
Maşinist metropolitenin siması hesab edilən peşələrdəndir. Bu gün Bakı metropoliteninin ən gənc maşinisti Məmməd İsmayılovdur.
Ali məktəbi bitirib hərbi xidmətə gedən, qayıtdıqdan sonra isə metropolitençilər sırasına daxil olan Məmməd bu peşənin məsuliyyətli və şərəfli olmasından bəhs edib, ən gənc maşinist kimi bu peşəyə yiyələnmək istəyənlərə tövsiyələr verib:
- Maşinist olmaq mənə görə bir sözlə ifadə edə bilməyəcəyim mövzudur. Maşinist ağır, maraqlı çox məsuliyyətli peşədir. Gənc maşinist olaraq gələcəkdə bu peşəyə yiyələnmək istəyənlərə demək istəyirəm ki, dərindən düşünüb qərar versinlər. Peşənin çətinliyini dərk etsinlər.
#bakumetro