z

Şərti adı “B-04” stansiyasının inşaat meydançası

Şərti adı “B-04” stansiyasının inşaat meydançası

09 FEVRAL / 2024 / 16:03

Şərti adı “B-04” stansiyasının inşaat meydançası
#2023

🔻 Əsas mərhələ işləri

➖ 4-cü (platforma) səviyyənin qazılıması başa çatdırılıb;
➖ 4-cü səviyyənin döşəmə örtüyü izolə edilib və betonlanıb;
➖ 4-cü səviyyədə sərnişin platforması inşa edilib;
➖ platformaltı səviyyədə 3 qrunt suları suvarma quyusu (7 metr dərinlikdə) qazılıb, örtüyü və konstruksiyası qurulub;
➖ ventilyasiya tunellərinin tikinti-quraşdırma işlərinə başlanılıb;
➖ birinci piyada keçidinin inşasına başlanılıb;
➖ 8459 kub metr torpaqqazma işi görülüb.

🔻 Bütün səviyyələr üzrə

• 3 tip (sərnişin, təxliyə, xidməti) pilləkənlərin inşasının əsas mərhələsi yekunlaşdırılıb;
• monolit dəmir-beton sütunların qurulması;
• dəmir-beton konstruksiya işləri görülüb;
• bördürlər və suaxar novçaları quraşdırılıb;
• 1 km-dən artıq iki tuneldə dəmiryol şəbəkəsi qurulub.

🔽 Tunellərdə

📌 müasir ballastsız yol infrastrukturunun qurulmasına başlanılıb, o cümlədən dəmir-beton bloklar üzərində qurulub;
📌Müasir üstquruluş elementlərinin tətbiqinə başlanılıb;
📌Yeni tipli qənaətcil və etibarlı təmas relsləri quraşdırılır;
📌Gücləndirmə aparılıb;
📌Demontaj kamerası ilə birləşmə çərçivəsinin monolit dəmir-beton konstruskiyası qurulub;
📌Piyada yolu quraşdırılıb;
📌İşıqlanma kabel xətti çəkilib;
📌70 sökülmüş tunel halqası çıxarılıb.

🔻 Stansiyanın inşaat prosesinə sərf olunub

• 17684 kub metr beton məhlulu;
• 7657 kvadrat metr geomembran təbəqəsi materialı;
• 7550 metr uzunluğunda kabellər;
• 2047 ton armatur;
• 630 mm diaqonallı 307 dəmir-beton və 75 beton payavurma işləri;
• 260 kub metr betondağıtma;
• 111 ton rels.

Ətraflı: https://metro.gov.az/az/news/3419/insa-olunan-ve-cefer-cabbarli-stansiyalarinin-en-agir-insaat-ve-yenidenqurma-merheleleri-geride-qalib

#Bakumetro