z

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyiş...

07 MART / 2024 / 14:33

🚇 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
✅ Gün ərzində saat 7:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.
✅ Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.
“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən isə xahiş olunur ki, martın 8-də şənbə günü cədvəlindən istifadə etsinlər.
‼️ Martın 9-u və 10-da Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.

#bakumetro