z

Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

05 APREL / 2024 / 16:05

Ramazan bayramı günlərində Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib. Bu səbəbdən aprel ayının 6-sı şənbə günü olsa da, iş günü hesab ediləcək və Bakı metropoliteni buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək. Həmin gün saat 7:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək.