z

Metropolitenin kadr hazırlığında daha bir innovasiya uğurla tətbiq edilib

Metropolitenin kadr hazırlığında daha bir innovasiya uğurla tətbiq edilib

17 MAY / 2024 / 15:43

Bakı metropoliteni tarixində ilk dəfə kadrların hazırlanması sahəsində daha bir unikal tarixi yenilik edilib. Metropolitenin 55 ildən artıq tarixi ərzində bir sıra mühüm sahələr kadrların seçilməsi və hazırlığında bilik və bacarıqlarla yanaşı, uzunmüddətli təcrübə həlledici faktor kimi götürülərək, hazırlıq prosesi illərlə davam edib. Bu mənada maşinistlərin hazırlığında inqilabi yenilik də adlandırılan layihənin uğurlarına daha biri əlavə olunub.