z
03 NOYABR / 2024 / 08:15
COP29 zamanı nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklərə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının hazırlığı yekunlaşdırılıb. Xüsusi tədbirlər çərçivəsində, aşağıdakı stansiyalarda avtobus marşrutları yönləndiriləcək və əlavə nəzarət mexanizmləri tətbiq olunacaq:
"Xətai"
"Qara Qarayev"
"Neftçilər"
"Xalqlar dostluğu"
"Əhmədli"
"Ulduz"
• Adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib.
* Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssislərinin infrastruktura, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək.