z
07 NOYABR / 2024 / 15:07
"Bakı Metropoliteni" QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) 2022-ci ildə təsis etdiyi şəhid ailə üzvləri və Qarabağ müharibəsi veteranlarına yardım mərkəzinin İdarə heyətinin 8 Noyabr - Zəfər Günü ərəfəsində növbəti iclası keçirilib.
Daxil olmuş 51 ərizə müsbət cavablandırılaraq ümumilikdə 19 min 500 manat yardım ayrılıb. Bundan əlavə, imtiyazdan istifadə etməyən 160 əməkdaşın hər birinə 150 manat olmaqla, ümumilikdə 24 min manat mükafat verilməsi qərara alınıb. Mərkəz indiyədək ümumilikdə 366 üzvünə maddi yardım və mükafat ayırıb.