z
26 NOYABR / 2024 / 16:01
Noyabrın 30-dan Bakı Metropoliteninin Qırmızı xəttində yerləşən "Həzi Aslanov" stansiyasının texniki dalanında əsaslı təmir və yenidənqurma işlərinə start verilir.
Bu sahə qatarların təhlükəsiz və dayanıqlı istismarı üçün mühüm texniki əhəmiyyət daşıyır. Yenidənqurma çərçivəsində:
İnfrastruktur yenidən qurulacaq;
Bütün təchizat sistemləri yenilənəcək;
Müasir texnologiyalar tətbiq ediləcək;
Beton bloklar və divarlar tamamilə yenilənəcək;
Yolun üstquruluş elementləri ən müasir materiallardan olacaq.
Ətraflı məlumat üçün: https://bit.ly/4eVKGy4