z

Daha bir texnoloji yenilik!

Daha bir texnoloji yenilik!

19 DEKABR / 2024 / 15:20

Daha bir texnoloji yenilik!

Sərnişinlərimiz üçün daha təhlükəsiz, davamlı və rahat infrastruktur qurmaqda davam edirik.

İlk dəfə “İçərişəhər” stansiyasında, qatarların hərəkəti dayandırılmadan, ağac şpallar müasir dəmir-beton bloklarla əvəz olundu.

✅ Yeniliyin üstünlükləri:

• 50 ilədək uzunömürlüdür;

• Səs-küyü və titrəməni azaldır;

• Ölkə xaricindən asılılığı aradan qaldırır;

• İqtisadi cəhətdən daha səmərəlidir;

• Qulluğu asan və sadədir.

Bu, dünya standartlarına cavab verən “Vollert” texnologiyası ilə istehsal edilən dəmir-beton blokların geniş istifadəsinə şərait yaradır.

🚆 Yeni tipli yol quruculuğu artıq “Xətai”, “Cəfər Cabbarlı”, “Elmlər Akademiyası” və Bənövşəyi xəttdə də uğurla tətbiq edilib.

Yaxın vaxtlarda digər stansiyalarda da mərhələli şəkildə həyata keçiriləcək.

📍 Ətraflı məlumat üçün: https://bit.ly/4gmcltr

#BakıMetropoliteni #TexnolojiYenilik