z

Bakıda nəqliyyat infrastrukturu inkişaf edir

Bakıda nəqliyyat infrastrukturu inkişaf edir

31 YANVAR / 2025 / 11:01

"İndi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq".

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

(Yerli televiziya kanallarına müsahibəsindən, 7 yanvar 2025-ci il)