z
05 DEKABR / 2025 / 18:36
Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi üzrə Torpağın Satınalınması və Köçürülmənin Planlaşdırılması Çərçivəsi
İcra Xülasəsi
Torpağın Satınalınması və Köçürülmənin Planlaşdırılması Çərçivə Proqramı (TSKPÇ) Azərbaycan Respublikasında Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi (BMGL) üçün hazırlanmışdır. Onun əsas məqsədi layihə ilə əlaqədar olaraq torpağın satınalınması və məcburi köçürülmə təsirlərinin planlaşdırılmasına, təsirlərin azaldılmasına və idarə olunmasına, həm Azərbaycanın yerli qanunlarına, həm də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Ekoloji və Sosial Çərçivəsinə (ESÇ), xüsusi ilə də Ekoloji və Sosial Standart 2 (ESS 2): Torpağın Satınalınması və Məcburi Köçürülmə ilə uyğunluğun təmin edilməsinə bələdçilik etməkdir.
TSKPÇ-nin əsas hədəfləri aşağıdakılardır:
• Məcburi köçürülmənin qarşısının alınması və ya onun minimuma edirilməsini əsas götürərək torpağın satınalınması və köçürülmənin idarə edilməsi üçün aydın çərçivə təsis etmək.
• Təsirə məruz qalan bütün şəxslərin dolanışıqlarının bərpa olunmasını, yoxsul və həssas kateqoriyaya aid insanların dolanışıqlarının layihədən əvvəlki səviyyələrlə müqayisədə yaxşılaşdırılmasını təmin etmək.
• Layihənin bütün işlərinin şəffaf, ədalətli və səmərəli şəkildə həyata keçirildiyini təmin etmək.
• Xüsusilə torpaq üzərində rəsmi mülkiyyət hüququ olmayan şəxslər üçün təzminat və uyğunluq məsələlərinə dair yerli qanunlarla AİİB-nın tələbləri arasındakı boşluqları aradan qaldırmaq.
TSKPÇ-də təqdim edilən əsas nəticələrə aşağıdakılar daxildir:
• Mövcud olan məlumata əsasən başlıca təsirin iqtisadi yerdəyişmə olacağı ehtimal edilir, lakin bəzi ərazilərdə keçmiş torpaq satınalma prosesləri əlavə araşdırma tələb edir və stansiyaların layihələndirilməsindən asılı olaraq fiziki yerdəyişmənin təsirləri də yarana bilər.
• Azərbaycan qanunları ilə AİİB ESS 2 arasında, xüsusən də qeyri-rəsmi torpaq sahiblərinə münasibətdə və yerdəyişmə dəyərinin təzminatı baxımından boşluqlar mövcuddur.
• Təşkilati çərçivəyə müəyyən edilmiş vəzifə və öhdəlikləri ilə Bakı Metropoliteni QSC, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) və yerli icraedici qurumlar daxildir.
• Çərçivə, aktivlərin inventarlaşdırılması, siyahıyaalma və müəssisə sorğuları, sosial-iqtisadi məlumatların toplanması və fərdiləşdirilmiş kompensasiya paketləri daxil olmaqla gəlir və dolanışıq vasitələrinin bərpasına kompleks yanaşma təklif edir.
• Əsas prinsiplərə köçürülmənin minimuma endirilməsi, yerdəyişmə xərclərinin kompensasiya edilməsi, dolanışıq vasitələrinin bərpası, konsultasiyalar, həssas qruplara diqqət yetirilməsi və şikayətlərə baxılması mexanizminə əlçatanlığın təmin edilməsi daxildir.
Torpağın satınalınması və köçürülmənin planlaşdırılmasına, həyata keçirilməsinə və monitorinqinə bələdçilik etmək üçün TSKPÇ-ə daxil edilmiş əsas komponentlər aşağıdakılardır:
• Qeyri-rəsmi maraqların kompensasiya almaq hüququna malik olmasını və bütün kompensasiyanın yerdəyişmə dəyərində olmasını təmin etməklə yerli qanunlar ilə AİİB ESS 2 arasında müəyyən edilmiş boşluqların aradan qaldırılması.
• Torpaq, mənzil və digər tikililər, iş yerləri, gəlir və dolanışıq vasitələri, məhsullar, ağaclar (uyğun olarsa) və dövlət aktivləri daxil olmaqla təsirləri müəyyən etmək və köçürülmə təsirlərinin miqyasını və dərəcəsini təyin etmək üçün göstərişlər.
• Torpağın Satınalınması və Köçürülmə Planının (TSKP) hazırlanması üçün təlimatlar.
• Siyahıyaalma, sosial-iqtisadi məlumatların toplanması, konsultasiyalar, əhatəli monitorinq və hesabatvermə daxil olmaqla mövcud olan cari məlumatlara əsasən təsirə məruz qalmış şəxslərin dolanışıq vasitələrinin bərpasına, o cümlədən yoxsul və həssas qruplara aid olan insanların dolanışıq şəraitlərinin layihədən əvvəlki vəziyyətlərinə təkmilləşdirilməsini dəstəkləmək üçün dolanışıq vasitələrinin tam şəkildə bərpası Planının hazırlanması üzrə təlimatlar.
• Torpağın satınalınması və köçürülmənin bütün proseslərində qadınların və həssas qrupların fəal şəkildə cəlb edilməsi.
• Cinsi təcavüz və gender əsaslı zorakılığın aradan qaldırılması üçün müddəaları özündə birləşdirən, əlçatan, pulsuz, qərəzsiz və məxfi olan layihə səviyyəli Şikayətlərə Baxılma Mexanizminin (ŞBM) yaradılması və qorunub-saxlanılması.
• TSKP-ları və DBP-lərin həyata keçirilməsi üzrə təlimatlar.
• Köçürülmə və dolanışıq vasitələrinin bərpası tədbirlərinin effektivliyini qiymətləndirmək üçün müntəzəm daxili və xarici monitorinq, eləcə də qiymətləndirmənin aparılması, lazım olduqda düzəlişlərin edilməsi barədə təlimatlar.
• Torpaqların satınalınması və köçürülmənin effektiv şəkildə idarə edilməsi üçün icraedici qurumların imkanlarını gücləndirməkdən ötrü potensialın artırılması və təşkilati dəstəyin təmin edilməsi.
Xülasə, TSKPÇ qabaqcıl beynəlxalq təcrübəyə və AİİB standartlarına uyğun olaraq mənfi təsirləri minimuma endirməklə və təsirə məruz qalmış şəxslərin dolanışıq şəraitlərinin bərpası və təkmillədirilməsini təşviq etməklə Bakı metropoliteninin genişləndirilməsi layihəsinin sosial məsuliyyətli şəkildə həyata keçirildiyini təmin etmək üçün möhkəm çərçivə müəyyən edir.
Hüquqlar çərçivəsi aşağıdakı kimidir:
İtkinin növü Hüququ olan şəxslər Hüquqlar
Ticarət obyektləri Mülkiyyət sahibləri/işlədənlər - Biznesə məxsus hər hansı daşınmaz qurğu üçün əvəzləyici dəyərlərə əsasən nağd kompensasiya (müvafiq olduqda);
- Ağır avadanlıqların və ya oxşar əşyaların daşınması üçün kompensasiyanı əhatə edən köçürülmə yardımı; və
- Alternativ biznes yerinin müəyyən edilməsi daxil olmaqla biznesin razılaşdırılmış müvafiq yerə köçürülməsi üçün yardım etmək.
Gəlir itkisi Təsirə məruz qalmış ailələr (iş yerini işlədənlər, işçilər) - Yenidən təsisetmə dövrü ərzində biznes gəlirinin itkisinə görə müavinət;
- Gəlirin bərpası;
- Təlim; və
- Keçid dövrü üçün müavinət.
Qeyri-rəsmi məskunlaşmış şəxslər Mülkiyyət hüququ olmayan şəxslər - Tikililər üçün təzminat;
- Köçürülmə və dolanışıq dəstəyi.
Həssas qruplar Məsələn, yaşlılar, əlillər, ailə başçısını itirmiş qadınlar - Əlavə yardım, dolanışıq təminatında prioritet.