z

Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin 1-ci mərhələsi üzrə Ətraf Mühit və Sosial Məsələlərin İdarə Edilməsi Planı , icra xülasəsi

Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin 1-ci mərhələsi üzrə Ətraf Mühit və ...

05 DEKABR / 2025 / 18:36

Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi üzrə Ətraf Mühit və Sosial Məsələlərin İdarə Edilməsi Planı Çərçivəsi 
İcra Xülasəsi
Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi (BMGL) üzrə Ətraf Mühit və Sosial Məsələlərin İdarə Edilməsi Planı Çərçivəsi (ƏMSİEPÇ) Asiya İnfrastruktur və İnvestisiya Bankı (AİİB) tərəfindən maliyyələşdirilən metro infrastrukturunun tikintisi və istismarı ilə əlaqəli ekoloji və sosial (ES) risklərin və təsirlərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə edilməsinə planlı yanaşma təmin edir. Çərçivə gələcək stansiyalar və depo obyektləri üçün müfəssəl layihələr hazır olduqda sahəyə xas olan Ətraf Mühit və Sosial İdarəetmə Planlarının (ƏMSİEP) və/və ya Ekoloji və Sosial Təsir Qiymətləndirmələrinin (ESTQ) hazırlanmasını istiqamətləndirmək üçün vahid metodologiya və prosedurlar toplusunu müəyyən edir.
ƏMSİEPÇ əvvəlki dövrlərdə depolar üçün aparılmış ESTQ-lərin nəticələrinə, sahə səfərləri və birbaşa məlumat toplanmasına, həmçinin Bakı Metropoliteni QSC-nin Layihə İdarəetmə Qrupu (LİQ) tərəfindən təqdim edilmiş və ictimaiyyət üçün əlçatan məlumatların masa üzərində tədqiqatına əsaslanır. O, tam şəkildə AİİB-in Ekoloji və Sosial Siyasəti (ESS 2024) və onun Ekoloji və Sosial Standartları (ESS) ilə uyğunlaşdırılmışdır — xüsusilə:
•    ESS 1: Ətraf mühit və sosial qiymətləndirmənin idarə edilməsi üzrə 
•    ESS 2: Məcburi köçürülmə üzrə
•    ESS 3: Yerli xalqlar üzrə
Məqsəd və əhatə dairəsi
ƏMSİEPÇ I və II mərhələlərin həm yeni tikilmiş stansiyalar, depolar, həm də köməkçi qurğular kimi bütün komponentlərinin ekoloji cəhətdən səmərəli, sosial baxımdan məsuliyyətli və davamlı şəkildə layihələndirilməsini və tətbiq edilməsini təmin etmək üçün əsaslı bir alət kimi xidmət edir. O, aşağıdakıları müəyyən edir: 
•    Alt-layihələr üçün yoxlama və kateqoriyalara ayırma prosesi;
•    Bakı Metropoliteni QSC-nin LİQ-i, podratçılar və nəzarətçi mühəndislərin təşkilati öhdəlikləri;
•    Sahəyə xas ƏMSİEP-lərin hazırlanması, nəzərdən keçirilməsi və təsdiqlənməsi prosedurları;
•    Monitorinq, hesabatvermə və nəzarət tələbləri; və 
•    Maraqlı tərəflərin cəlb edilməsi və şikayətlərə baxılma mexanizmi.
•    I və II mərhələ layihələri ilə əlaqədar şikayət və narazılıqları idarə etmək üçün şikayətlərə baxılma mexanizmləri.
Çərçivənin əsas komponentləri
ƏMSİEPÇ aşağıdakı sahələr üzrə ətraflı təlimatlar təmin edir:
•    Risklərin və təsirlərin müəyyənləşdirilməsi: Həm I, həm də II mərhələdəki işlərin ekoloji və sosial riskləri və təsirləri cədvəl formatında göstərilir.
•    Təsir azaltma və monitorinq: Havanın kirliliyi və səs-küy, titrəyiş, torpağın çirklənməsi, tullantının idarə edilməsi, əməyin mühafizəsi və təhlükəsizlik (ƏMT) kimi tikinti təsirlərini əhatə edən təsir azaltma üzrə standart tədbirlər və monitorinq tələbləri.
•    Vəzifə və öhdəliklər: LİQ-in Ətraf Mühit və Sosial məsələlər üzrə Mütəxəssislərinə, tikinti podratçılarına və nəzarətçi Mühəndisə öhdəlik təyin edən aydın təşkilati cədvəl.
•    Potensialın gücləndirilməsi: İcraçı qurumların və podratçıların ƏMSİEP-in tətbiqi, AİİB tələbləri və yerli ekoloji qanunvericilik sahəsində potensialını gücləndirmək üçün təlim planları.
•    İctimai məsləhətləşmə və məlumatların açıqlanması: Maraqlı tərəflərin cəlb edilməsi planına (MCP) uyğun olaraq təsirə məruz qalan icmalarla məzmunlu məsləhətləşmələrin və davamlı əlaqələrin təmin edilməsi.
•    Şikayətə baxılma mexanizmi: Narazılıqların operativ və şəffaf şəkildə həll edilməsini təmin etmək üçün həm icma, həm də işçilər üçün şikayətlərə baxılma mexanizmlərinin təsis edilməsi və fəaliyyət göstərməsi.
İcra və nəzarət
ƏMSİEPÇ-in həyata keçirilməsi Bakı Metropoliteni QSC-nin LİQ tərəfindən idarə ediləcək, eləcə də Mühəndis və podratçılar tərəfindən buna dəstək göstəriləcəkdir. Yekun layihələr və dəqiq yerlər təsdiqləndikdən sonra sahəyə xas olan ƏMSİEP-lər/ƏMSTQ-lər hazırlanacaqdır. Hər bir ƏMSİEP-də aşağıdakılar müəyyən ediləcəkdir:
•    Ekoloji və sosial məsələlər üzrə başlanğıc vəziyyət;
•    Təsir azaltma və monitorinq planları;
•    Fövqəladə vəziyyətə cavab tədbirləri və təsadüfi tapıntılar üçün prosedurlar;
•    Büdcə təxminləri və işçi heyətin təşkili; və
•    AİİB-nin monitorinq tələblərinə uyğun hesabat şablonları.
LİQ ƏMSİP-in icra vəziyyətini, əsas göstəriciləri, alınmış və həll edilən şikayətləri və uyğunluq nəticələrini ümumiləşdirən rüblük ƏMS fəaliyyət hesabatlarını AİİB-ə təqdim edəcək.   
Nəticə
ƏMSİEPÇ Bakı metropoliteninin genişləndirilməsi layihəsinin bütün mövcud və gələcək komponentləri üzrə ekoloji və sosial (ES) risklərin sistemli qiymətləndirilməsi və idarə edilməsi üçün bünövrə təmin edir.   Layihə çərçivədə göstərilən prinsipləri və prosedurları tətbiq etməklə ətraf mühitin mühafizəsi, peşə, icma təhlükəsizliyi və sosial inteqrasiyanın layihənin dizaynı və icrası üçün ayrılmaz hissə olduğunu və həm AİİB tələblərinə, həm də yerli qanunvericiliyə uyğun olduğunu təmin edəcək.