z
05 DEKABR / 2025 / 18:37
Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin 1-ci mərhələsi üzrə Ətraf Mühit və Sosial Məsələlərin İdarə Edilməsi Planı
İcra xülasəsi
A. Ümumi
Azərbaycan Hökuməti (AH) Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (Bakı Metropoliteni) vasitəsilə Nəqliyyat İnfrastrukturu üzrə Dövlət Proqramına (2025-2030-cu illər üzrə) və Bakı şəhərinin Baş Planına (2020-2040-cı illər üzrə) uyğun olaraq şəhər nəqliyyatının hərəkətliliyini artırmaq, tıxacları azaltmaq və dayanıqlı nəqliyyata dəstək vermək üçün "Bakı Metropoliteninin Genişləndirilməsi" Layihəsini (BMGL) həyata keçirir. BMGL-nin I mərhələsi ("Layihə") Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən və dövlət büdcəsi hesabına maliyyələşdirilir. BMGL çoxtərəfli inkişaf banklarının potensial paralel maliyyələşdirmə imkanlarından da faydalana biləcəkdir.
B. Layihə haqqında
Layihə aşağıdakı komponentlərdən ibarətdir:
• Dərnəgül deposunun tamamlanması və avadanlıqla təchiz edilməsi (Yaşı xətt); və
• Yeni Xocasən deposunun tikintisi və avadanlıqla təchiz edilməsi; və
• Mövcud stansiyaların təkmilləşdirilməsi: Yaşıl xətt üzərində yerləşən mövcud stansiyaların ekoloji-sosial (ES), təhlükəsizlik və iqlimə uyğunluq göstəricilərinin təkmilləşdirilməsi.
Genişlənən metro sistemində texniki xidmət imkanının, istismar etibarlılığının və təhlükəsizliyin təmin olunması baxımından hər iki depo kritik əhəmiyyət kəsb edir. İşlərə binaların texniki xidməti, təmir, yuyulma, elektrik və inzibati obyektlər, həmçinin su, çirkab su və enerji sistemləri daxildir.
I mərhələ sahəyə xas olan riskləri idarə etmək üçün yetərli olan təsir azaltma tədbirləri və monitorinqlə AİİB-nin ESP çərçivəsində B Kateqoriyası kimi qiymətləndirilir. Tətbiq edilən yerli tələblər daha sərt olduğu təqdirdə BMK-nın ümumi ƏMST qaydaları ilə tamamlanır.
C. Əsas təsirlər
Əsas olan Ekoloji və Sosial məsələlərə (i) tikinti mərhələsindəki narahatlıqlar (hava/səs-küy/nəqliyyat), (ii) qrunt və geoloji risklər, o cümlədən mümkün çirklənmiş torpaqla qarşılaşmalar (iii) işçilərin və icmanın sağlamlığı və təhlükəsizliyi, və (iv) tullantıların idarə edilməsi (yağlar, boyalar, batareyalar, YSA çöküntüsü) daxildir. Bütün təsirlər orta səviyyədə qiymətləndirilir, çünki onlar genişmiqyaslı və ya dönülməz deyil və yalnız depo əraziləri ilə məhdudlaşır. Bu təsirlər bu ƏMSİEP-də təqdim edilən təsir azaltmaya dair təfərrüatlı tədbirlərin tətbiq edilməsi vasitəsilə idarə edilə bilən təsirlərdir.
D. Təsir azaltma və idarəetmə
ƏMSİEP müvafiq olaraq tullantı və hava keyfiyyətinin sərt hədləri də daxil olmaqla qabaqcıl Beynəlxalq Sənaye Təcrübəsi və BMK-nın ƏMSS qaydaları ilə yanaşı yerli ekoloji tələbləri də tətbiq edir. Təsirin azaltma üzrə əsas tədbirlər toz və emissiyaya nəzarət, səs-küy / titrəyişin minimuma endirilməsi və suyun axıdılması üçün lisenziyalı icazələrin verilməsini əhatə edir. Yuma və texniki xidmət nəticəsində yaranan çirkab su yağ-su ayırma sistemi vasitəsilə təmizlənəcək və ETSN-nin icazələrinə əsaslanacaq, lakin yağlar, filterlər, batareyalar, boyalar və YSA quyusunun çöküntüsü kimi təhlükəli tullantılar ayrılacaq, təhlükəsiz şəraitdə saxlanılacaq və yalnız lisenziya verilmiş operatorlara təhvil veriləcəkdir. ƏMSİEP-də, həmçinin qazmadan əvvəl tədqiqatı və sərhədlərinin müəyyən edilməsi tələb olunan çirklənmiş torpaq və onun sahədən kənarda təyin olunmuş yerə qaydalara uyğun şəkildə daşınması üçün prosedurlar da daxil edilmişdir.
Ətrafda yaşayan əhalinin narahatlığını minimuma endirmək üçün Layihədə tikintiyə aid nəqliyyatın idarə edilməsi planı, iş saatlarının tətbiq edilməsi icra ediləcək və depo obyektlərinin layihələndirilməsində təhlükəsizlik prinsipləri nəzərə alınacaqdır. Maraqlı tərəflərin cəlb edilməsi və ictimai şikayət mexanizmi tikinti və istismar boyunca davam edəcək, vaxtında əlaqə yaradılmasına, problemin həll edilməsinə və şəffaflığa dəstək veriləcəkdir. Dərnəgül deposunda ağacların kəsilməsi Yaşıllıqların Mühafizəsi haqqında Qanuna uyğun olaraq yeni ağacların əkilməsi və hər iki depo ərazisində abadlıq işlərinin aparılması ilə əvəz ediləcəkdir və layihənin heç bir həssas flora / faunaya və ya qorunan ərazilərə təsiri olmayacaqdır. Ətrafda yaşayan əhali üçün nəqliyyat vasitələrinin hərəkətindən, səs-küydən, tozdan və işçi qüvvəsi axınından yaranan sağlamlıq və təhlükəsizlik riskləri nəqliyyatın idarə edilməsi, tozun yatırılması tədbirləri, rahat-giriş-çıxışın təmin olunduğu dizayn prinsipləri, davranış qaydaları və qabaqcıl təcrübəyə əsaslanan təhlükəsizlik protokolları ilə idarə ediləcəkdir.
ƏMSİEP-ə, həmçinin podratçılar üçün risklərin qiymətləndirməsini, fövqəladə hallara hazırlıq, təhlükəsiz giriş və qazıntı işləri, elektrik təhlükəsizliyi, yüksəkdə iş və maşın mexanizmlərin istifadəsini əhatə edən ƏMS (əməyin mühafizəsi və sağlamlıq) üzrə əhatəli tələblər daxildir. AİİB-ə rüblük hesabatların təqdim edilməsi daxil olmaqla podratçılar və Mühəndis gündəlik, həftəlik və aylıq monitorinq və hesabatvermə öhdəliyi daşıyırlar. Hər hansı bir hadisə, ölüm hadisəsi, böyük sızıntı və ya qayda pozuntusu 24 saat ərzində məruzə edilməlidir. Yerli qanunlardakı boşluqları əhatə etmək və AİİB-nın ƏMST tələbləri ilə uyğunluğu təmin etmək üçün ƏMSİEP-də təlimlər, işçilərin işə başlamazdan əvvəl təlimatlandırılması və gücləndirilmiş podratçı idarəetmə sistemləri vasitəsilə Bakı Metropoliteni QSC-nin və podratçıların potensialının artırılması tələb olunur.
E. Təşkilati tələblər
ƏMSİEP-nın icrası Bakı Metropoliteni QSC, Mühəndis, podratçılar və AİİB arasında bölüşdürülmüş kordinasiyalı vəzifələrə əsaslanır. Müfəssəl dizaynın hazırlanması zamanı Layihəçidən drenaj məsələləri, səs-küyə nəzarət, ƏMS tələbləri, çirkab suların təmizlənməsi və təhlükəsizlik aspektlərinin bütün layihə sənədlərinə daxil edildiyini təmin etməklə ƏMSİEP-nın tədbirlərini texniki şərtnamələrə inteqrasiya etmək tələb olunur. Tikinti mərhələsi zamanı podratçılar təsir azaltma tədbirlərinin gündəlik icrası, sahəyə xas olan TƏMSİEP-lərin hazırlanması və icrası, tələb olunan ekoloji icazələrin alınması və monitorinq, təlim, hesabatvermə, yerli qanunlar və BMK/AİİB-nın tələbləri ilə uyğun olaraq şikayətlərə cavab verilməsi üçün məsuliyyət daşıyır. Mühəndis mütəmadi yoxlamalar keçirməklə, TƏMSİEP sənədlərini yoxlamaqla və hər hansı mühüm hadisə və ya pozuntu halında 24 saat ərzində məcburi bildiriş verilməsi daxil olmaqla rüblük ekoloji və sosial fəaliyyət hesabatlarını təqdim etməklə yoxlama və nəzarətçi rolunu icra edir. Bakı Metropoliteni, icraedici qurum olaraq, ümumi ekoloji və sosial (E&S) nəzarəti həyata keçirir, kifayət qədər potensialın təmin olunmasını təmin edir, müqavilə üzrə E&S tələbləri tətbiq edir, şikayət mexanizmlərini nəzarətdə saxlayır və AİİB-ə altı aylıq və illik hesabatlar təqdim edir. AİİB nəzarət funksiyasını həyata keçirir, monitorinq hesabatlarını nəzərdən keçirir, missiyalar həyata keçirir və boşluqlar aşkar olunduqda düzəliş tədbirlərinin görülməsini tələb edir. Bu struktur depoların tikintisi, istismarı və stansiyaların təkmilləşdirilməsi işləri boyunca uyğunluq, şəffaf monitorinq və hesabatlılığı təmin edir.
F. Nəticə
ƏMSİEP Layihənin ekoloji cəhətdən dayanıqlı, sosial baxımdan məsuliyyətli və təhlükəsizlik tələblərinə uyğun şəkildə icrasını təmin etmək üçün əhatəli plan təmin edir. O, hüquqi tələbləri, qabacıl beynəlxalq təcrübəni və riskləri minimuma endirmək üçün ictimai rəyi birləşdirir və Bakı metrosunun genişləndirilməsinin uzun müddətli faydalarını artırır. Bu tədbirlər sayəsində qalan təsirlərin aşağı və ya orta səviyyədə olması və idarə oluna bilən olması gözlənilir. ƏMSİEP Azərbaycan qanunvericiliyinə və AİİB-nın ESÇ-nə uyğunluq üzrə deponun təhlükəsiz, etibarlı şəkildə başa çatdırılmasını və istismarını dəstəkləyən praktiki çərçivə təmin edir.