z
05 DEKABR / 2025 / 18:37
Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin (BMGL) 1-ci mərhələsi çərçivəsində hazırda Yaşıl xəttə istismar olunan 10 stansiyanın Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Ekoloji və Sosial Siyasəti (ESS) üzrə ilkin araşdırılması
İcra Xülasəsi
Ekoloji və Sosial (E&S) məsələlər üzrə Audit Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi (BMGL) çərçivəsində mövcud olan on stansiyanın istismar fəaliyyətini qiymətləndirir və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Ekoloji və Sosial Siyasəti (ESS) üzrə tələb olunan ilkin araşdırmanın bir hissəsini təşkil edir. Audit ətraf mühit, sağlamlıq və təhlükəsizlik (ST), sosial məsələlər, əlçatanlıq və yerli qanunvericiliklə müqayisədə fövqəladə hallara hazırlıq vəziyyətini və müvafiq beynəlxalq qabaqcıl təcrübəni qiymətləndirir.
Bu auditdə əhatə olunun stansiyalar Yaşıl xətt üzərində fəaliyyət göstərən on mövcud stansiyadan ibarətdir. Bu stansiyalar əhalinin sıx məskunlaşdığı şəhər ərazilərində yerləşən müxtəlif yeraltı və yerüstü obyektlərdən ibarətdir. Onların hazırkı istismar vəziyyəti AİİB-in qiymətləndirməsi üçün birbaşa əhəmiyyət daşıyır, çünki bu stansiyalar yaxın gələcəkdə həyata keçiriləcək genişləndirmə işləri ilə əlaqələnəcək və ümumi sistemin təhlükəsizliyi, sərnişin təcrübəsi və şəbəkənin etibarlılığında kritik rol oynayacaq.
Audit aradan qaldırılması tələb olunan əsas riskləri və fəaliyyət boşluqlarını müəyyən edir. 2025-ci ilin sentyabr ayında aparılan sahə qiymətləndirməsi stansiyalar arasında ardıcıl bir sıra problemləri aşkar etmişdir və bunların xülasəsi aşağıda verilmişdir:
• Asma qıfıllı və ya maneəli yanğın çıxışları, turniketlərin əl ilə idarə olunan fövqəladə açılma sistemi və təxliyə üçün eskalatorlardan həddindən artıq asılılıq.
• Fövqəladə vəziyyət üçün qeyri-bərabər işıqlandırma və işarəvermə nəticəsində görüş məsafəsi və istiqamətləndirmədə uyğunsuzluq.
• Bakı şəhərində həddindən artıq yağan yağışlara baxmayaraq subasma hadisəsinə məhdud hazırlıq.
• Bağlı liftlər, işləməyən ramplar, qeyri-kafi nişanlar və qeyri-aktiv SOS sistemləri daxil olmaqla, əhəmiyyətli dərəcədə gediş-gəliş maneələri.
• İşçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlar, o cümlədən səs-küyə məruz qalma, havalandırma sistemində ehtiyat mexanizmlərin yetərsizliyi və uzun növbəli iş qrafikləri.
• Mərkəzləşdirilmiş texniki xidmət sistemlərinə baxmayaraq, yanğınsöndürmə avadanlıqlarının vəziyyətindəki fərqliliklər.
Bu məsələlər şəbəkədəki daha geniş struktur problemlərini, o cümlədən köhnəlmiş infrastrukturu, uyğunsuz texniki xidmət təcrübələrini və standartlaşdırılmış risk əsaslı monitorinqin olmamasını əks etdirir.
Ətraf mühit göstəriciləri ümumi olaraq məqbuldur, lakin sənədləşmə, dövri yoxlamalar və istismar zamanı yaranan səs-küy və hava keyfiyyətinin monitorinqi sahəsində təkmilləşdirmələrə ehtiyac var. Gediş-gəliş məsələsindəki boşluqlar, xüsusən də hərəkət qabiliyyəti məhdud olan sərnişinlər, yaşlı sərnişinlər və əlilliyi olan şəxslər üçün ən vacib narahatlıqlar arasında qalır.
Audit ƏMSQP (Ətraf Mühit və Sosial Qiymətləndirmə Planı) və ƏMSİEP-ə (Ətraf Mühit və Sosial İdarəetmə Plan) daxil edilməsi üçün təxliyəyə hazırlıq, infrastrukturun təkmilləşdirilməsi, əlçatanlığın təkmilləşdirilməsi, əməyin mühafizəsi və sağlamlıq (ƏMS) üzrə təkmilləşdirilmiş prosedurlar və gücləndirilmiş texniki xidmət və yoxlama sistemlərini hədəf alan bir sıra düzəliş tədbirlərini təmin edir.