z
06 MART / 2024 / 14:22
“İdman həftəsi” çərçivəsində fevralın 28-dən martın 5-dək Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İçərişəhər” stansiyasının vestibülündə “Yaşıl dünya və idman” mövzusunda rəsm sərgisi keçirilib. 7 gün davam edən sərgidə uşaqların çəkdiyi 30-dək rəsm nümayiş olunub.
Qeyd edək ki, 2024-cü il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərginin keçirilməsində əsas məqsəd uşaqların gözü ilə idman prizmasından ictimaiyyətin ekoloji məsələlərə və sağlam dünya naminə fəallıq göstərilməsinə cəlb etmək idi. Rəsm nümunələrində uşaqların mövzuya qeyri-adi, həssas və sağlam yanaşması sərgi izləyicilərinin diqqətini cəlb edib.