z
05 OKTYABR / 2023 / 12:05
Sentyabr ayının 15-dən Bakı metropolitenində qatarların yeni hərəkət qrafiki tətbiqolunur. Yeni tədris mövsümü və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar Bakı metropolitenində sərnişin sayı əsaslı şəkildə artıb. Bu səbəbdən Bakı metropolitenində stansiyaların fəaliyyəti, sərnişin axını, qatarların hərəkət qrafiki ilə bağlı monitorinqlər davam etdirilir.
Sərnişindaşıma statistikasına
əsasən, daşımanın əsaslı şəkildə artmağa başladığı sentyabrın 15-dən metropolitendən istifadə edənlərin sayı orta statistik hesabla gün ərzində 671 min 815 sərnişin təşkil edib. Bu, bütün ay ərzində orta gündəlik sərnişindaşımadan təxminən 60 min çox sərnişin deməkdir (Daha ətraflı).
Daha real təsəvvür üçün 15 sentyabr tarixindən sonrakı dövrün iş günlərinin statistikasına müqayisəli nəzər salmaq vacibdir. Sentyabrın 21 iş günü ərzində orta statistik hesabla gündəlik 681 min 43 sərnişin daşınıb. Sentyabrın 15-dən sonrakı 11 iş günündə gündəlik orta sərnişin sayı 759 min 695 təşkil edib. Müqayisə üçün qeyd edilməlidir ki, sentyabrın 15-dək olan 10 iş günündə orta statistik gündəlik sərnişindaşıma 542 min 418 olub (İnfoqrafika).
Qeyd edilən statistik məlumatlar nəzərə alınmaqla, gündəlik müşahidələr və monitorinqlər də davam etdirilir.
Monitorinqlərin əsas istiqamətlərində
yeni tədris ilinin başlanması ilə əlaqədar dövrün xüsusiyyətləri diqqətdə saxlanılıb. Bu xüsusda stansiyaların bütün texniki qurğuları və qatarların hərəkət cədvəli xüsusi müşahidələr də daxil olmaqla diqqətdə saxlanılır. Sərnişinlərlə bağlı səmtin rahatlıqla müəyyən edilməsi, sərnişinlərin hərəkət istiqamətlərinin tənzimlənməsi, xaotik hərəkətə mane olan səbəblərin aradan qaldırılması, xüsusən metropolitendən daha intensiv və ya müntəzəm istifadə etməyə başlamış sərnişinlərlə iş aparılıb. İstifadə qaydalarından irəli gələn ən mühüm və ən çox müraciət olunan tələblərlə bağlı sərnişinlərə müvafiq dəstək verilib.
Hərəkətin təşkili ilə bağlı və müvafiq məsul işçi heyəti
ilə iş aparılıb, onlar təlimatlandırılıb. Gündəlik cari müşavirələrdə söhbətlər aparılıb. Mövsüm ərəfəsində aidiyyəti işçilərin psixoloji durumunun qiymətləndirilməsi qərara alınıb. Bu məqsədlə Təlim-tədris mərkəzində təşkil edilməklə spesifik psixoloji hazırlıq imtahanları təşkil edilib.
Ventilyatorların iş rejimi
payız fəslinin dəyişkən xüsusiyyətləri nəzərə alınmaqla tənzimlənib. Bu zaman Bakının iqlim şəraiti, xüsusən hava hərarətinin real durumu nəzərə alınıb. Metropolitendə bu ilin yay fəslində müntəzəm tətbiq olunan xüsusi havalandırma rejimindən sentyabr ayının 14-16-da istifadə olunub. Bu rejimdə havalandırma metropolitendə mikroiqlim parametrləri üzrə müsbət dinamikanın saxlanmasına, xüsusən çoxfunksional ekoloji, habelə sanitariya və gigiyena üzrə vəziyyətin normalar həddində olmasına ciddi təsir göstərir.
Eskalatorların iş rejimi
hər bir stansiyada sərnişin sıxlığının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilsə də, sıx saatlardan sonra operativ olaraq, bu qurğuların bu və digər istiqamətlərdə qoşulması təmin edilib. Eyni zamanda hazırda monitorinqlər əsasında rejim dəyişikliyinin dinamikası diqqətdə saxlanılır. Bu və digər hallarda müntəzəmlik olarsa, eskalatorların iş qrafikində müvafiq dəyişiklik edilməsi nəzərdə saxlanılır. Sentyabr ayında eskalatorların iş rejiminə dəyişiklik edilməsinə zərurət yaranmayıb.
Stansiyalarda sərnişin sıxlığının tənzimlənməsi
məqsədilə səhər (07:00-10:00) və axşam (17:30-19:30) gur saatlarda, eləcə də tədris növbələrinin dəyişdiyi günorta vaxtlarında xüsusi nəzarət mexanizmləri tətbiq edilib. Sərnişin sıxlığı zamanı platformaların ifrat yüklənməsinin qarşısını almaq, sərnişin axınını tənzimləmək məqsədilə eskalator meydançalarında, yuxarı vestibüllərdə və keçid və girişlərdə stansiyaların, müvafiq sahələr üzrə rəhbər və işçi heyətinin nəzarəti gücləndirilib. Qatarların qapılarının saxlanması ilə yarana biləcək yubanmaların baş verməməsi, sərnişinlərin vaqonlara minib-düşməsinin sürətləndirilməsi məqsədilə ən sıx axın olan stansiyalarda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunub. Sentyabr ayı ərzində, əsasən, hərəkət qrafikinə əməl olunub, ciddi problemlər yaşanmayıb.
Qatarların hərəkət qrafiki
xüsusi diqqət obyekti olub. Mövcud vəziyyətə uyğun, günorta saatlarında ehtiyat qatardan istifadə olunması müntəzəm təmin edilir. Həmin vaxt “Gənclik”, “28 May” və “Elmlər Akademiyası” daha sıx stansiyalar olduğundan ehtiyat qatar “Nərimanov” elektrik deposundan xəttə çıxarılır. Səhər və axşam gur saatlarda texniki cəhətdən hazırda mümkün olan ən sıx qrafik tətbiq olunduğundan ehtiyat qatarlardan müntəzəm istifadə edilməsi qeyri-mümkündür. Bununla belə, qatarların hərəkətində müvafiq manevrlər və digər operativ tədbrilər nəzarətdə saxlanılır.