z
05 OKTYABR / 2022 / 13:25
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2022-2023-cü tədris ilində qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək tələbə adını qazanmış 102 gəncə Prezident təqaüdü veriləcək.
Qürurvericidir ki, tələbələrdən biri “Bakı Metropoliteni” QSC-nin elektrik mexaniki Taleh Paşayevin oğlu Urfandır. O, II ixtisas qrupu üzrə 653.5 bal toplayaraq, Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə (tədris ingilis dilində) daxil olub.
Urfan Paşayevin simasında ali məktəblərə daxil olmuş bütün gənclərimizi təbrik edir, onlara təhsildə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.