z
24 OKTYABR / 2022 / 14:57
TURİZM VƏ OTELÇİLİK SEKTORUNDA KORONAVİRUS INFEKSIYASININ (COVID-19) İDARƏ OLUNMASINA DAİR METODİKİ GÖSTƏRİŞLƏR
Sənəd turizm, otelçilik sektoru işçilərinin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa havadamcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmas etdikdən sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.
İstinad:Turizm, otelçilik sektoru işçilərinin və müştərilərin sağlamlığının qorunması