z
24 OKTYABR / 2022 / 15:07
VƏTƏNDAŞ QƏBULU HƏYATA KEÇİRƏN QURUMLARDA KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ PROFİLAKTİKASINA DAİR METODİKİ GÖSTƏRİŞLƏR
Sənəd vətəndaş qəbulu həyata keçirən qurumların (ASAN xidmət və DOST mərkəzləri, vətəndaş qəbulu ilə məşğul olan qurumlar və s.) işçilərinin və müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırmaların faktlarına əsaslanaraq tərtib olunub. Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa havadamcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.