z
05 NOYABR / 2022 / 14:15
Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi daha 10 müasir tipli vaqondan ibarət 2 yeni qatar Bakı metropoliteninin “Nərimanov” elektrik deposuna gətirilib.
2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsub 81-765. B81-/766. B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.
Qeyd edək ki, oktyabr ayında Bakı metropoliteninə 10 vaqondan ibarət 2 yeni qatar gətirilib. Hazırda yeni vaqonlarda sazlama işləri aparılır. Normativ sınaq yürüşləri və tənzimləmə işlərindən sonra qatarlar xəttə buraxılacaq.
Beləliklə, Bakı metropoliteninə gətirilmiş müasir tipli, sonuncu nəsil vaqonların sayı 115-ə (23 qatar tərkibi) çatdırılıb.