z
16 YANVAR / 2024 / 10:54
2023-cü ilin planına əsasən, xidmət 2 qatar tərkibini modernizasiya olunmaqla orta təmir edib. Bu qatarlardan biri artıq xətdədir, digərində isə sazlama işləri aparılır. Əlavə olunmalıdır ki, 2022-ci il oktyabr ayının 26-da eyni təmirə dayandırılmaqla modernləşdirilmiş daha bir qatar sınaq və sazlama işləri də 2023-cü ildə plana uyğun qaydada yerinə yetirilib və fevral ayının 21-də xəttə verilib.
2014-cü ildən mərhələ ilə təmir həcmi genişləndirilən və 2017-ci ildən yeni inşa olunmuş sexdə aparılan orta və əsaslı təmir işləri metropolitenin vaqon parkında sabitliyin saxlanması və istismar göstəricilərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Bununla vaqonların orta və əsaslı təmir üçün ölkə xaricinə aparılması dayandırılıb. Həmin vaqonların ölkə xaricinə aparılmasının yol, gömrük və digər bu kimi xərclər ləğv edilib. Eyni zamanda ən yüksək keyfiyyətlə təmirin təşkilinə. Yerli kadrların hazırlanmasına nail olunub.
Xəttə hazırlanan qatar orta təmirə dayandırılarkən tam sökülməklə təftiş olunur. İstismar müddətini başa vurmuş və yararsız hissələr yenilənir. Vaqonlar tam defektoskopiya müayinəsindən keçirilir və əlavə işlərin həcmi müəyyənləşdirilir. Vaqonlar həmçinin korroziyadan təmizlənərək rənglənir.
Orta təmir zamanı modernizasiya işləri ilə əlaqədar 10-dan artıq yeni avadanlıq və sistemlər sayəsində qatar tərkiblərinin tam avtomatlaşdırılması təmin edilir. Bu mənada hər biri 10 ədəd olmaqla “ЯР-13 БМ” elektrik aparatı, addım tipli impuls mühərriki, “Knorr Bremse” şirkətindən “VV-120 T” hava quruducusu ilə birlikdə mühərrik kompressor, EPRO şirkətinin istehsalı olan “ППК-12 М” kompressor inventoru, “Camozzi” şirkətindən qapı pnevmatik hava sistemi, həmçinin avtoqoşqu birləşməsi üçün 8 “Harting” sistemi ən müasir qatarlarda olan avadanlıqlar olduğundan mühüm əhəmiyyət kəsb edir. Bununla qatarların texniki istismar etibarlığı artırılır və nasazlıq hallarının sayı xeyli azaldılmış olur.
Rusiyanın “Spesavtomatika” təşkilatından alınmış 4 “АСУП-М81” stansiyası və bir o qədər maşinist pultu sayəsində vaqonların idarəetmə sistemi tamamilə yenilənib. Qatara avtomatik nəzarət sistemi tətbiq olunub. Sistem qatarın ümumi vəziyyəti, habelə vaqonaltı avadanlıqlardan daxil olan siqnalları emal edir və maşinist monitoruna ötürür. Bu yeniliklər innovasiyalar baxımından sonuncu nəsil qatarlarda tətbiq edilir. Bununla maşinistin qatarı rahat idarə etməsinə, vəziyyəti vaxtında və düzgün qiymətləndirməsinə, mümkün nasazlıqları öncədən müəyyənləşdirməsinə və qarşısını almağa kömək edir. Nəticədə, qatarın sərnişindaşıma təhlükəsizliyi dəfələrlə gücləndirilmiş olur.
“PLT Business” şirkətinin istehsalı olan maşinist kabinası üçün 4 “DL-1800” tavan tipli kondisioner isə maşinistin iş rejiminin daha komfortlu şəkildə təmin edilməsinə zəmin yaradır.
Ümumən 2023-cü ilin 3-cü rübündə təmirinə başlanılmış qatar dekabrın 7-dən xətlərdə sərnişindaşıma prosesinə cəlb edilib. 4-cü rübdə təmirə dayandırılmış qatarda isə işlər dekabrın 21-də başa çatdırılıb. Hazırda sazlama və sınaq işləri aparılır və yaxın vaxtlarda xəttə buraxılacaq.
Xidmət 3 saylı cari təmir çərçivəsində daha 2 qatar tərkibində modernləşdirmə işi aparıb. Onlardan biri may, digəri isə avqust ayında xəttə verilib. Modernizasiya işləri ilə əlaqədar qatarlara 1 qatar üçün tam olmaqla “Camozzi” və “Fiesta” qapı pnevmatik hava sistemləri, “Tamsan” şirkətinin istehsalı olan 5 hava kompressoru, “Metrospetstexnika” şirkətindən alınmış “Yanğın xəbərdaredici” sistem quraşdırılıb.
Xüsusi vurğulanmalıdır ki, pilot layihə kimi quraşdırılmış yanğın xəbərdaredici sistemi unikallığı ilə fərqlənir və metropolitendə qatarların yanğın təhlükəsizliyinin mümkün ən yüksək həddə çatdırılması deməkdir.