z

Metropoliten qan donorluğuna görə yenə mükafatlandırılıb

Metropoliten qan donorluğuna görə yenə mükafatlandırılıb

14 IYUN / 2022 / 15:27

14 İyun - Ümumdünya Qan Donoru Günü ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”ndə il ərzində fəal olmuş qurumlar mükafatlandırılıb.
Bu qəbildən olan aksiyalar Bakı metropolitenində keçirilən sosial əhəmiyyətli layihələr arasında xüsusi yer tutur. 2015-ci ildən başlayaraq daimi xarakter alan bu aksiyalarda metropolitenin 2500-dən artıq əməkdaşı donor olub. 2022-ci ildə keçirilmiş birgünlük aksiyada isə könüllü olaraq 266 nəfər qan verib.
Qan donorluğu hərəkatında metropolitençilərin rolu növbəti dəfə yüksək qiymətləndirilib. Tədbirdə aksiyanın əsas təşkilatçısı kimi Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanova mükafat təqdim edilib.
Qeyd edək ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasında hər il iyunun 14-ü Ümumdünya Qan Donoru Günü kimi təsis edilib.