z
16 IYUN / 2022 / 22:30
Bakı metropolitenində platforma növbətçisi peşəsi üzrə kadrların hazırlığı kursu başa çatıb. Qeyd edək ki, ilk dəfə bu kurs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə bağlanmış müqaviləyə uyğun birgə əməkdaşlıq şəraitində təşkil edilib. Bakı Peşə Hazırlığı Mərkəzi tədris proqramının hazırlanması, təlimlərin aparılmasında yaxından iştirak edib və müdavimlərə təqaüd verilib.
Platforma növbətçisi peşəsi üzrə seçimlərdə 314 elektron ərizədən 194-ü tələblərə tam uyğun olduğundan iştirakçılar müsabiqəyə çağırılıblar. Dəvəti qəbul edən 130 nəfər Bakı metropoliteni ilə bağlı ibtidai biliklər və məntiq testinə cəlb ediliblər. Müvafiq qiymətləndirmədə ən yüksək bal toplamış 15 nəfər ikinci mərhələyə buraxılıb. 2 nəfər qeyri-müəyyən səbəbdən bu mərhələyə gəlməyib.
Kadr komissiyasının imtahanından uğurla keçən 11 nəfər platforma növbətçisi peşəsinə yiyələnərək metropolitenin müxtəlif stansiyalarında vəzifələrinin icrasına başlayıb.