z
26 IYUN / 2022 / 11:31
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümüdür.
Azərbaycan Xalq Cünhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlərə imza atıb. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli ordunu ləğv etdi.
İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra ordu quruculuğunda dönüş başlandı. Tarixi varislik ənənəsinə uyğun olaraq Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsdiq olundu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə rəşadətli Ordumuzun gücünü, qəhrəman Azərbaycan əsgərinin əzmini və iradəsini bütün dünya gördü.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.
Dövlətimizin və xalqımızın əmin-amanlığının təminatçısı, qürur mənbəyimiz olan Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun!
Bayramınız mübarək!