z

Tələbələr metropolitenlə tanış olublar

Tələbələr metropolitenlə tanış olublar

17 NOYABR / 2022 / 16:35

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsinin Bakı metropoliteninin Təlim-tədris mərkəzinə praktiki ekskursiyası təşkil edilib. Universitetin müraciətinə əsasən baş tutan ekskursiya zamanı 2-4-cü kurs tələbələrindən ibarət 25 nəfərlik qrupa əvvəlcə Bakı metropoliteninin 55 illik tarixi, bu günü və gələcəyi barədə qısa məlumat verilib. Tələbələr daha sonra Mərkəzdə yaradılmış tədris şəraiti, müxtəlif sahələrin fəaliyyətini əks etdirən guşələrlə, yeraltı xətlərin inkişaf perspektivləri ilə tanış olublar.
Ziyarətçilərə metropolitendən istifadə qaydaları, metropolitendəki peşələr, xüsusən maşinist, platforma növbətçisi layihələri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, onlara “Təcrübəçi layihəsi” çərçivəsində ali təhsil ocaqlarını başa vurmuş, lakin istehsalat və praktiki təcrübəsi olmayan gənclərin işə qəbulu, uyğunlaşması, texnoloji proseslərin mənimsənilməsi ilə bağlı yaradılan şəraitdən də ətraflı söz açılıb.
Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.