z
29 DEKABR / 2022 / 15:22
Bakı metropolitenində təşkil edilmiş Yeni il şənliklərinə Muğam üçlüyü və simli kvartetin çıxışları xüsusi rəng qatıb. Konsert proqramı dekabrın 29 “İçərişəhər”(10:30-12:00), “Sahil” (11:30-13:00), “28 May”(12:30-14:00) və “Elmlər Akademiyası” (13:30-15:00)stansiyalarında təşkil edilib. Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət simli kvartetin və milli muğam üçlüyünün konsertləri canlı təqdim olunub. Hər stansiyada konsert proqramı 1 saat 30 dəqiqə davam edib.
Musiqiçilər Azərbaycan və dünya musiqi sənətinin incilərini, folklor nümunələrini ifa ediblər.
Konsert proqramı dekabrın 30-da da davam etdiriləcək.