z
10 MART / 2016 / 00:00
"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, bu müddət ərzində 2 saylı eskalator fəaliyyətini adi qaydada davam etdirəcək.
1 saylı eskalatorun 7 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.