z

Novruz bayramınız mübarək, əziz həmvətənlər!

Novruz bayramınız mübarək, əziz həmvətənlər!

18 MART / 2016 / 00:00

Elimizə bahar təravətli Novruz gəlir. Xalqımızın əziz bayramı olan Novruz dörd ünsürü ilə təbiətin yaşıl donunu geyinməsinin, isti nəfəsli günlərin həyatımızı rövnəqləndirməsinin, torpağın, suyun yeni vüsətlə oyanmasının soraqçısı və rəmzidir. Novruz həm də insanların ovqatına yenilik, təravət gətirir. Novruz yeni ümidlər, oyanış, yüksəliş bayramıdır.
Bu əziz bayramı «Bakı Metropoliteni» QSC-nin kollektivi də ruh yüksəkliyi, inamla və xalqa mədəni xidmət sahəsində yeni-yeni uğurlar və layihələr, əmək uğurları, sərnişinlərin rahatlığını təmin edən xoş müjdələrlə qarşılayır.
Sərnişinlərimizi əmin edirik ki, Bakı metropoliteninin kollektivi bu bayram sevinci ilə daha böyük və məsul vəzifələrin öhdəsindən layiqincə gələcək, onları yeniləkləri ilə sevindirəcək.
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər kəsə bahar ovqatı, cansağlığı və səadət arzulayırıq.
Qoy, bu bayram təravəti, nəfəsi ilə qəlbinizi isitsin, günəşli yolunuza nur saçsın.
Bayramınız mübarək, əziz həmvətənlər!