z

Novruz qəhrəmanları “İçərişəhər” stansiyasında

Novruz qəhrəmanları “İçərişəhər” stansiyasında

18 MART / 2023 / 14:21

Bakı metropolitenində ənənəvi Novruz şənlikləri keçirilir. İki gün ərzində “İçərişəhər” stansiyasında keçiriləcək tədbirlərin əsas proqramı çərçivəsində bayramın əsatir qəhrəmanı Bahar qızının müşayiəti ilə Keçəl və Kosa sərnişinlərə unudulmaz əyləncəli anlar bəxş ediblər. Şou-proqramda sirk ustalarının və sehrbazın çıxışı, müxtəlif fiqurlu şarların hədiyyə edilməsi, nəhəng oyuncaqların əhatəsində əyləncəli rəqslər və şən zarafatlar azyaşlı sərnişinlərin xüsusi marağına səbəb olub.
Tədbir iştirakçıları əyləncəli anlar keçirməklə yanaşı, qəhrəmanlarla xatirə şəkilləri də çəkdiriblər.