z

Daha bir ödənişsiz kurs elan edilir

Daha bir ödənişsiz kurs elan edilir

19 AVQUST / 2016 / 00:00

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri” və “Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri” vəzifələri üzrə ödənişsiz kurs təşkil edir. Kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:

• Yaş: 22 – 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
               o Azərbaycan dili – əla
               o Rus dili - yaxşı
               o Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. Müvafiq bölməyə keçid.
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Dispetçer” vəzifəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 25.08.2016-cı il.