z

Bakı metropolitenində konsert proqramı keçirilib

Bakı metropolitenində konsert proqramı keçirilib

18 SENTYABR / 2023 / 15:50

18 Sentyabr - Milli Musiqi Günü münasibəti ilə Bakı metropoliteni, ənənəyə sadiq qalaraq, sərnişinlərinə xoş ovqat bəxş edəcək konsert proqramı təşkil edib.
Rəngarəng musiqi çələngi səhər saat 10:30-da “İçərişəhər” stansiyasında başlanıb. Hər biri bir saat yarım davam edən proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri daxil edilib.
Daha sonra konsert “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında davam etdirilib.