z

Tələbələrə pulsuz seminarlar təklif edilir

Tələbələrə pulsuz seminarlar təklif edilir

17 OKTYABR / 2023 / 16:11

 “Bakı Metropoliteni” QSC korporativ sosial məsuliyyət çərçivəsində daha bir layihəsini təqdim edir. “Legalize Academy” ilə imzalanmış anlaşma memorandumuna əsasən, tələbələr üçün bir neçə sahə və istiqamət üzrə seminarlar təşkil ediləcək.
Əsas məqsəd tələbələrin potensialını artırmağa, bilik və praktiki vərdişlərini zənginləşdirməyə dəstək olmaq, müxtəlif sahələrə onları stimullaşdırmaq, dünyagörüşünü zənginləşdirməkdir. Tələbələr bu təlimlərdə möhkəm təməllər üzərində karyera qurmaq, şəxsi inkişaf, peşəkarlarla tanışlıq və əhatə dairəsini genişləndirmək üçün fürsət əldə edəcəklər.
Seminarlar tam ödənişsiz olaraq təşkil ediləcək. Bu səbəbdən yerlər məhdud olacaq.

Seminarlar aşağıda qeyd edilən istiqamətlər üzrə təşkil ediləcək:

1.    İnsan Resurslarının idarə edilməsi, karyera planlama, işə qəbul və s.;
2.    Əmək haqqı və onun hesablanması;
3.    Mühasibat uçotu;
4.    Əməyin təhlükəsizliyi;
5.    Hüquqi məsələlərin tənzimlənməsi, müqavilələrin tərtibi və s.

Tələbələrə təklif edilənlər:

•    İxtisasla bağlı incəlikləri zəngin təcrübəyə malik ekspertlərdən öyrənmək;
•    Sahələr üzrə son yeniliklər və texnologiyalar haqqında ətraflı məlumat almaq;
•    Real kazuslar üzərindən təcrübə mübadiləsi və əməkdaşlıq imkanı qazanmaq.

Seminarların başlanma tarixləri, müddəti və digər məsələlərlə bağlı ətraflı məlumat almaq üçün əlaqə vasitələri:

E-poçt: info@legalize.az
Tel: 012 310 34 60
Mobil (“WhatsApp”): 051 303 34 60.