z

Bayram və istirahət günlərində metropolitenin iş rejimi

Bayram və istirahət günlərində metropolitenin iş rejimi

07 NOYABR / 2023 / 10:10

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iş günü olan 10 noyabr qeyri-iş günü hesab olunacaq. Həmçinin 8 və 9 noyabr tarixləri milli bayram günləri kimi qyeri-iş günləridir. Bu səbəbdən noyabrın 8-dən 12-dək ölkəmizdə qeyri-iş günləri hesab olunacaq.

Qeyd edilənlər nəzərə alınaraq, Bakı metropolitenin iş rejimində də müvafiq dəyişikliklər edilib. Noyabr ayının 8-də şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-dan 12-dək qeyd edilən sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək.

Qeyd edilənlərə əsasən, “Bakmil” stansiyası istiqamətində və əksinə gedən sərnişinlərin nəzərinə çatdırılır ki, qatarlar noyabrın 8-də şənbə günün, qalan qeyri-iş günlərində isə bazar günlərinin qrafikinə uyğun hərəkət edəcək.