z

Metropoliten stansiyalarında Zəfər soraqlı musiqi proqramı səsləndirilir

Metropoliten stansiyalarında Zəfər soraqlı musiqi proqramı səsləndirilir

08 NOYABR / 2023 / 11:26

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı metropoliteninin bütün stansiyalarında mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə xüsusi tərtib edilmiş musiqi proqramı yayımlanır.
Proqramda hərbi marşlar, vətənpərvərlik mövzusunda, Azərbaycanı, xüsusən Qarabağı tərənnüm edən və günün ruhuna uyğun mahnılar səsləndirilir. 
Builki Zəfər günü tam fərqli ab-havada keçirilir. 44 günlük qələbə sevincindən sonra, 2023-cü il sentyabrın 19-20 tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və Konstitusiya quruluşu tam bərpa olunub. 
Proqrama Azərbaycan bəstəkarlarının müəllifi olduğu, görkəmli və tanınmış kollektivlərin və sənətkarların ifasında səsləndirilmiş 30-a yaxın musiqi parçası daxil edilib.