z
08 NOYABR / 2023 / 12:04
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun igidliyi, qəhrəmanlığı və canlarını Vətənin azadlığı uğrunda qurban verən şəhidlərin qanı bahasına işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinin üç ili tamam olur.
2020-ci il sentyabrın 27-dən başlayaraq, 44 gün davam edən müharibədə rəşadətli ordumuz Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, 8 Noyabr, misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Zəfər Günü kimi təsis edilib.
Həmin ilin dekabrında məhz cənab Prezidentin təşəbbüsü ilə metropolitenin 26-cı, Bənövşəyi xəttin 3-cü stansiyasına “8 Noyabr” adı verilib. 2021-ci il dekabrın 29-da açılmış stansiya bütün metropolitençilərin qürur mənbəyidir.
Bu gün isə tarıxı Zəfər gününü Azərbaycanın Konstitusiya quruluşunun və suverenliyinin tam bərpa olunması şəraitində qeyd edirik. 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirlərində hərbçilərimizin göstərdiyi böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq nəticəsində bütün istiqamətlərdə uğurlar əldə edilərək, şanlı Azərbaycan bayrağı Xocavənd şəhərində, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Ağdərə şəhərində və Xankəndidə ucaldıldı.
Bayramınız mübarək, əziz həmvətənlər!