z

Bayraq mənliyimdir, bayraq kimliyim…

Bayraq mənliyimdir, bayraq kimliyim…

08 NOYABR / 2023 / 13:35

Bu gün 9 noyabr-Dövlət bayrağı günüdür. 105 il tarixi olan bayrağımız bizim ən dəyərli atributlarımızdandır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixində üçrəngli bayraq ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Üçrəngli bayrağımız ikinci dəfə 70 il sonra 1990-cı il noyabrın 17-də Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılıb. 
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sənədə əsasən ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir
Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında yüksəklərdə dalğalanır.