z

12 Noyabr - Konstitusiya Günü

12 Noyabr - Konstitusiya Günü

12 NOYABR / 2023 / 13:41

Azərbaycan Respublikasının Konstitusiyası layihəsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən 1995-ci ildə hazırlanıb. Həmin  il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak edib  və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
 Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirlib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.
Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ 44 Günlük Vətən müharibəsi və 2023-cü ilin 20 sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində işğal altında olan bütün torpaqlarımız  erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü, suverenliyi və konstitusiyası tam bərpa edilib. 

Konstitusiya gününüz mübarək, əziz həmvətənlər!