z

Stansiya və tunel havalandırması qış rejiminə uyğun aparılacaq

Stansiya və tunel havalandırması qış rejiminə uyğun aparılacaq

30 NOYABR / 2023 / 15:20

Dekabrın 1-də Bakı metropolitenində güclü ventilyatorların və dempfer sisteminin iş rejimi qış mövsümünün tələblərinə uyğunlaşdırılacaq. Ventilyatorların işinin fəslin orta aylıq mikroiqlim parametrlərinə uyğun tənzimlənməsi ilə bağlı qrafik təsdiq olunub.
Stansiya və tunellərin havalandırılmasının mövsümlük xüsusiyyətləri ilə yanaşı, stansiyalarda və qatarlarda müntəzəm monitorinqlərin aparılması, nəticələrin təhlili də mövsümün tələblərinə və miroiqlim standartlarına uyğun təşkil ediləcək. 
Həmçinin operativ məlumatlar əsasında ventilyatorların iş rejimində müvafiq əlavə tənzimlənmələrin, düzəliş və dəyişikliklərin mümkünlüyü mövsüm boyu diqqətdə saxlanılacaq.
Yeni qrafik mart ayının 1-nə qədər qüvvədə olacaq.