z
06 DEKABR / 2016 / 00:00
Dekabrın 7-dən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması məqsədilə qısamüddətli bağlanacaq. Burada təxminən 2 həftə ərzində təmir-bərpa işlərinin aparılması planlaşdırılıb.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Xətai" stansiyasına hərəkət edənlər bu müddət ərzində "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
"Bakı Metropoliteni" QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!
Qeyd: 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.