z
30 DEKABR / 2016 / 00:00
Yeni ilin astanasında və qədəmlərini qoyduğu ilk günlərdə sərnişinlərinə gözəl ovqat bəxş etmək istəyən «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi daha bir sosial layihəsini gerçəkləşdirir.
Bu dəfə sərnişinlərə metropolitenin bir neçə stansiyasında dörd gün ərzində milli və dünya musiqi sənətinin inciləri təqdim olunacaq.
Bu gün, dekabrın 30-dan yanvarın 2-dək günorta saatlarından başlamaqla musiqi parçaları «28 May», «Elmlər Akademiyası», «İçərişəhər» və Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyalarında səsləndiriləcək.