z

Bayramınız mübarək, əziz qadınlar!

Bayramınız mübarək, əziz qadınlar!

08 MART / 2017 / 00:00

Tarix boyu Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərmişdi. Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında, beynəlxalq dayaqlarının möhkəmlənməsində və imicinin formalaşmasında fəal iştirak edərək dövlətimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına layiqli töhfələr verirlər.
Qadın əməyini daim uca tutan «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, ailə səadəti və çalışdıqları hər bir sahədə müvəffəqiyyətlər arzulayır.

Bayramınız mübarək, əziz qadınlar!