z

NOVRUZ BAYRAMINIZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏRİMİZ!

NOVRUZ BAYRAMINIZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏRİMİZ!

19 MART / 2017 / 00:00

Qədim tarixi olan Novruz bayramını xalqımız hər il böyük təntənə ilə qeyd edir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmlənməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi, isti nəfəsli günlərin həyatımızı rövnəqləndirməsi, torpağın, suyun yeni vüsətlə oyanması kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı təbiətin oyanışının başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, yurdumuza ayaq basan, bayramların ən sevimlisi olan Novruz bayramınız mübarək olsun.
Qoy, özü ilə bahar təravəti gətirən Novruz həyatınıza bayram ovqatı bəxş etsin. Hər birinizə cansağlığı, ailə səadəti, yüksək əhval-ruhiyyə, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

  • Bayramınız mübarək, əziz həmvətənlər!