z

Bəhram Bağırzadənin azyaşlı sərnişinlərə Yeni il hədiyyəsi

Bəhram Bağırzadənin azyaşlı sərnişinlərə Yeni il hədiyyəsi

29 DEKABR / 2023 / 13:28

“Bakı Metropoliteni” QSC-nin keçirdiyi sosial layihələr sırasında xüsusən uşaqların, o cümlədən böyüklərin rəğbətini qazanmış daha biri ictimai fəallığı və vətənpərvərliyi ilə seçilən, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadə ilə görüşdür.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Əməkdar artist “İçərişəhər” stansiyasının vestibülündə, daha sonra retro vaqonlarda imza gününü keçirib. Bəhram Bağırzadə qələmə aldığı müxtəlif məzmunlu kitablarını balaca oxuculara öz imzası və arzuları ilə hədiyyə edib, onlarla xatirə şəkilləri çəkdirib.
Tədbir hər zaman olduğu kimi, bu dəfə də Bəhram Bağırzadənin şən və maraqlı söhbətləri ilə yekunlaşıb və növbəti tədbir başlanıb.