z

Yeni ilin gəlişi ilə bağlı konsert proqramı

Yeni ilin gəlişi ilə bağlı konsert proqramı

30 DEKABR / 2023 / 15:01

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Bakı metropoliteni sərnişinlərə xoş ovqat bəxş edən layihələr silsiləsindən Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət simli kvartetin və milli muğam üçlüyünün konsertləri canlı təqdim olunub.   
Milli həmrəyliyimizi və Yeni il motivlərini özündə əks etdirən musiqi parçalarının da yer aldığı konsert proqramları 4 stansiyada təşkil edilib. “İçərişəhər” stansiyasında saat 10:30-da başlayan iki hissədən ibarət proqram daha sonra “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında davam etdirilib. Konsert proqramının hər hissəsi 45 dəqiqə təşkil edib və 15:00-a qədər növbə ilə estafeti növbəti stansiyalara ötürüb.
Konsert proqramı dekabrın 31-də də davam edəcək.