z

Metropolitendə bayram konsertləri ilə tədbirlər davam edir

Metropolitendə bayram konsertləri ilə tədbirlər davam edir

31 DEKABR / 2023 / 13:01

Bakı metropoliteninin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təşkil etdiyi bayram konsertləri retro vaqonların nümayişi və Yeni ilə həsr olunmuş sərgi ilə davam edir.
İlin son günündə də şəhər mərkəzinə yaxın olan 4 stansiyada Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət peşəkar musiqiçilər milli həmrəyliyimizə, o cümlədən doğma Qarabağımıza həsr olunmuş və Yeni il motivlərini özündə ehtiva edən musiqi parçaları səsləndiriblər.
Simli kvartet və milli muğam üçlüyünün konsertlərinə folklor nümunələri ilə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri də daxil edilib. “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ümumilikdə 6 saat davam edən canlı konsert proqramı sərnişinlərdə müsbət ovqat yaradıb.
Qeyd edək ki, yanvar ayının 5-nə qədər retro vaqonların “İçərişəhər” stansiyasında nümayişi davam etdiriləcək. Burada başlanmış sərgi yanvar ayının 6-dan stansiyanın vestibülündə təşkil ediləcək.