z
17 YANVAR / 2024 / 15:51
Bakı metropolitenində müasir standartların ən çox tətbiqi ilə bağlı yeniliklərin əyani hiss olunduğu sahə eskalator, travolator və lift təsərrüfatını özündə cəmləşdirən Eskalator xidmətidir. Hazırda metropolitendə 115 eskalator, 8 travolator (“Avtovağzal” stansiyası) və 8-i Bənövşəyi xəttin yeraltı stansiyalarında olmaqla, 16 lift istismar olunur. İstismarda olan yeni nəsil avadanlıqların hamısı Almaniya istehsalıdır. Eskalatorlardan 18-i (təxminən 16%) Sovet (Rusiya), 97-si (təxminən 84 %) Almaniya istehsalıdır.
Bununla belə, bu təsərrüfatın da əsas fəaliyyəti qurğu və avadanlıqları daim saz vəziyyətdə saxlamaq, qulluq və təmir prosesini normativlərə uyğun aparmaqdır. Eyni zamanda xidmət istehsalçılarla müntəzəm əlaqələri qorumaqla yanaşı, bu sahədə dünyada olan innovativ yenilikləri xüsusi olaraq təqib edir. 2023-cü ildə şərti adı “B-04” olan stansiyanın eskalatorları da Bakıya gətirilib. Bu məqsədlə xidmətin nümayəndələri Almaniyada ezamiyyətdə olaraq, istehsal prosesi başa çatmış məhsulların sınaqlarında iştirak ediblər.
Ümumən, bu sahədə iki eskalatorun başqa struktur vahidi tərəfindən yerinə yetirilən əsaslı təmirini nəzərə almasaq, cari işlərdən “8 Noyabr” stansiyasında eskalatorlardan birinin işçi əyləcinin, 2 eskalatorun isə 3 sürahi dartı qurğusunun sıxıcı kəmərinin yenilənməsi, 12 eskalatorda 17 “S2 K 30” və S20 K 431” varistorlarının quraşdırılması texnoloji proseslərə uyğun təmin edilib. Ümumən sıxıcı kəmərlərin yenilənməsi “İnşaatçılar” stansiyasınında 1 eskalatorda yerinə yetirilib. “Avtovağzal” stansiyasında isə travolatorlardan birinin əsas intiqal elektik mühərrikinin yastıqları, 2 eskalatorda işçi və ya boş gediş yollarında 3 giriş şini dəyişdirilib, eskalatorlardan birinin isə radar sensoru yenisi ilə əvəz olunub.
“Azadlıq prospekti” stansiyasında 3 eskalatorun idarəetmə lövhəsində istilik releləri, burada, eləcə də “Elmlər Akademiyası” stansiyasınn hər birində bir eskalatorun təhlükəsizlik monitoru, “İçərişəhər” stansiyasında bir eskalatorun fırlanma tezliyinə 2 nəzarət qurğusu yenilənib.